• Join Us on Google Plus!

C++ Massivlər

Bu gün "Massiv" haqqında danışacağıq. Bilirik ki, hər hansı bir dəyişən kompüterin yaddaşında olan bir hüceyrədir. Bu hüceyrədə yalnız bir dəyər saxlamaq mümkündür. Massiv isə elə bir sahədir ki, orada ardıcıl vəziyyətdə bir neçə dəyər saxlamaq mümkündür. Bəzən Massivlərə yaddaş sahələri də deyilir.

Misal üçün on nəfərlik bir tələbə qrupu götürək. Hər bir tələbənin sözsük ki, soyadı var. Hər bir tələbə üçün ayrı bir dəyişən yaratmaq məntiqlı olmazdı. Yaxşı olar ki, biz massiv yaradaq və bütün tələbələrin soyadlarıni o massivdə saxlayaq. Sadəcə soyadlarından ibarət bir sıra yaradaq.


Şəkildə gördüyünüz sadə bir massivin misalıdır.


 Massivin sintaksis təsviri
Massiv demək olar ki, dəyişənlər kimi eyni qayda ilə yaradılır. On soyadı saxlamaq üçün 10 elementdən ibarət bir massiv lazımdır. Masisiv elan edildikdə onun elementlərinin sayı kvadrat mötərizələrdə göstərilməlidir. Massiv elementləri isə fiqurlu mötərizələr arasında yerləşdirilir və elementlər bir-birindən vergüllərlə ayrılmalıdırlar.


Bu massivin ilk elementini göstərək. Bilməlisiniz ki, massivlərdə sıralama 0-dan başlayır. Yəni bizim birinci dediyimiz massivin 0-cı elementıdir. Massivin axırıncı elementi isə 9-dur.  Bu proqramı işə salsaq bizə massivin 0-cı elementını göstərmiş olacaq. Bu ona görədir ki, biz ozümüz hansı elementı istəsək göstərə bilərik. Bu proqramda isə biz 0-cı elementin ( students[0] ) dəyərini bilmək istəmişik.
İndi isə biz bütün soyadları göstərməyə çalışaq. Bunun üçün biz dövrlərdən istifadə etməliyik.


Fikir verin ki, i-dəyişəni 0-dan başlamalıdır.