• Join Us on Google Plus!

C ++ - Giriş

Bu gün sizə C++ haqqında ilkin məlumat verməyə çalışacam.


Deyilənə gorə C++ dili 1980-cı illərin əvvəllərində(1985-ci il də deyən var)  Bell Labs şirkətinin əməkdaşı Bjarne Stroustrup tərəfindən yaranıb. Səbəb kimi öz ehtiyazlarını ödəmək üçün C(si) dilində bəzi təkmilləşdimələr apararaq hazırlamışdır.

C++ (Si plas-plas) ümumi istifadə üçün nəzərdə tutulan statik tipləşdirmə üsullu və kompilə edilə bilən proqramlaşma dilidir.

Statik tipləşdirmə üsullu deyəndə verilənlərin, dəyişənlərin, funksiyaların qaytardığı dəyərlərin elan edilərkən tiplərlə əlaqələndirilməsini nəzərdə tuturuq. Bu əlaqələndirilmiş tiplərin isə sonradan dəyişdirilməsi mümkün deyil.

Kompilə edilə bilən dedikdə isə C++-da yazılmış əmr sətirlərinin kompilyator vasitəsilə birbaşa maşın dilinə çevirilməsi nəzərdə tutulur. Bu zaman  aralıq kompilə edilmədiyindən proqramların sürətlə işləməsi təmin edilir.



Aşağıdakı şəkildə C++ -da və maşın dilində  «Hello, world!» proqramının  nümunəsi göstərilir.



C++ PD ( PD- Proqramlaşdırma Dili  ) proqram təminatının hazırlanmasında istifadə edilən populyar PD-dir. C++, Əməliyyat sistemlərinin, müxtəlif tətbiq proqramlarının, drayverlərin, serverlərin, oyunların yazılmasında, müxtəlif məişət, tikinti elektromexaniki, padioelektron texnikaları üçün tətbiq edilən əlavələrin və s. hazırlanmasında geniş istifadə edilir. C++ -dan GCC, Visual C++, Intel C++ Compiler, Embarcadero (Borland) C++ Builder tipli törəmələr də əmələ gəlmişdir. C++ həmçinin Java və C# kimi PD-nin təkamülünə də təkan vermişdir.