• Join Us on Google Plus!

C++ Dövrlər

Bəzən elə olur ki, proqramda eyni bir əməliyyatı bir neçə dəfə yerinə yetirmək lazım gəlir. Bunu üçün dövrlərdən istifadə edilir.  Sadə dillə desək eyni bir əmri bir neçə dəfə yazmaq əvəzinə, saylı dövrdə həmən əmr icra etdirilir.

QEYD: Bu operatorlar büeün proqramlarda istifadə edildiyindən, məxsusi - diqqət tələb edilənlərdən sayılır.
Biz C++ -da üç dövr operatorundan istifadə edəcəyik.
1. " for " dövrü
2. " while " dövrü
3. " do while " dövrü
Bu operatorlar icra şərtləri ilə bir-birindən fərqlənirlər. Bu səbəbdən bu operatorları araşdırmanız lazım gələcək.

. " for " dövrü. Əgər bizə dövrlərin sayı məlumdursa, onda biz bu operatordan istifadə edə bilərik. Bu dövrün sintaksisi belədir:

for (sayğac ; şərt; dövr) {
    icra əmrləri;
}

Misal üçün
 for (i = 1; i <= 1000; i++)
    {
        sum = sum + i;
    }
Burada;
sayğac - i, ilk həddinə mənimsədilir  yəni, i = 1;
sayğacın şərti - i <= 1000 olana qədər əmr icra edilsin;
dövr - i hər dəfə 1 ədəd artır;
icra əmri - sum veriləni hər dəfə özünü i qədər artırsın;
Aşağıda "for" dövrünə aid kiçik proqram nümayiş etdirilir. Bu proqramda 1-dən 1000-ə qədər olan ədədlər cəmlənir.




Əgər bizə istifadə ediləcək dövrlərin sayı məlum deyilsə və biz hər hansı bir şərtlə dövrü olaraq əmri icra etmək istəyiriksə, onda "while" və ya "do while" dövrü operatorlarından istifadə etmək lazım gələcək.

II.  " while " dövrü. Bu dövrdə şərt özünü doğruldana qədər icra ediləcək. Yəni əvvəlcə şərt yoxlanılır, sonra əmr sətri icra edilir.
while (şərt) {
    icra əmri;
}

Misal üçün

Bu dövr şərt tam yerinə yetirilənə qədər icra ediləcək.



III. "do while" dövrü
"do while" dövrü  " while" dövrünə oxşar olsa da fərqli xsusiyyətə malikdir.  Burada əvvəlcə əmr icra edilir , sonra isə şərt yoxlanılır. Ona gorə də bu dordə şərt özünü doğrultmasa belə əmr ən azı bir dəfə icra olunacaq. Sonra yenə şərt yoxlanacaq. və s....

do {
          icra əmrləri;
      }
while (şərt);

Misal üçün


Bu halda x və y dəyişənləri əvvəlcə toplanacaq, sonra isə şərt yoxlanacaq. Əgər şərt doğrudursa əmr yenə də icra olunacaq.