• Join Us on Google Plus!

C++-da dəyişənlər və Verilənlər

Adından göründüyü kimi dəyişənlər proqramlaşdırmada verilənlərin dəyişən tipıi olduğunu bildirir. Yəni dəyişən tipli verilən elan ediıdildə, kompüterin yaddaşında bu dəyişən üçün hər hansı bir məlumatın saxlana biləcəyi bir "hüceyrə" ayrilir, və bu dəyişən tipindən asılı olaraq şərtlərə uyğun dəyişə bilər.
Proqramlaşdırmada dəyişənlər Latın simvollarından ibarət olan adlarla adlandırılır. Bu zaman dəyişən həm bir simvollu  ad ola bilər, həm də bir neçə simvollu  söz və ya bir neçə sözdən ibarət olan ad ola bilər.
Verilənlərin növləri
C ++ 'da bütün dəyişənlərin özünə məxsus xüsusi bir verilən növü vardir. Məsələn, tamsaylı tipə malik olan bir dəyişən tamsayılardan başqa heç bir şey ola bilməz və ya üzən nöqtəli dəyişən simvol ola bilməz.
Verilənin növü elan edildikdə və ya başlatıldıqda dəyişənə təyin edilir.


C ++ əsas verilən növləri
   int  - tam ədəd verilən növüdür.
   float - üzən nöqtəli verilən növüdür.
   double - ikili dəqiqlikli üzən nöqtə verilən növüdür.
   char - Simvol verilən növüdür. (ing. Character - simvol)
   bool -  Məntiqi verilən növüdür. (True , False)


Dəyişənlərin elan edilməsi
C ++-da bir dəyişən elan etdildə əvvəlcə bu dəyişənin tipi sonra isə bu dəyişənin adı göstərilir.
int a; // Tam tipli a – dəyişəninin elan edilməsi.
float b; // Üzən nöqtəli b-dəyişəninin elanı.
double c = 14.2; // double tipli dəyişən.
char d = 's'; // Simvolun elan edilməsi.
bool k = true; // k məntiqi veriləni.
Qeyd edək ki, C ++ da mənimsəmə operatoru (=) bərabər işarə deyil və dəyərləri müqayisə etmək üçün istifadə edilə bilməz. Bərabərlik operatoru iki ardıcıl bərabər işarəsi kimi yazılır (= =).
Mənimsəmə dəyişəndə müəyyən bir dəyəri saxlamaq üçün istifadə olunur. Məsələn, a = 12, a dəyişəninə 12 dəyərini təyin edir (mənimsədilir).