OSI (Open System Interconnection) modeli açıq sistemlərin qarşılıqlı əlaqəsini aydınlaşdıran bir modeldir. Açıq sistemlərə dedikdə şəbəkə avadanlıqları (şəbəkə kartları olan kompüterlər, kommutatorlar, marşrutlayıcılar ) nəzərdə tutula bilər.
OSI şəbəkə modeli özündə şəbəkə qurğuları üçün iş sxemini və ya məlumat mübadiləsinin hərəkət planını əks etdirir.
OSI şəbəkə modeli həm də yeni şəbəkə protokollarının yaradılmasında rol oynayır, çünki bu model, birgə və əlaqəli çalışma mexanizmləri üçün bir meyar(etalon) kimi istifadə edilir.
OSI 7 blokdan (səviyyədən, laydan, pillədən, mərtəbədən, qatdan) ibarətdir.
Hər blok, müxtəlif şəbəkə qurğularının şəbəkədə qarşılıqlı əlaqə zamanı özünün unikal rolunu həyata keçirir.
OSI modelnin səyiyyələri aşağıdakı bloklardan ibarətdir :
1 - Fiziki - (physical layer)
2 - Kanal - (data link layer)
3 - Şəbəkə - (network layer)
4 - Nəqliyyat, Daşıma,Ötürmə - (transport layer)
5 - Sessiya, Seans - (session layer)
6 - Baxış, Təqdim etmə - (presentation layer)
7 - Proqramlar - (application layer)
OSI modelnin hər bir səviyyəsi özünə məxsus şəbəkə protokollarına (verilənlərin ötürmə standartları) malikdir. Bu razılaşmalar əsasında qurğular şəbəkədə öz aralarında məlumat mübadiləsi aparırlar.
Unutmayın ki, şəbəkə cihazlarının mürəkkəbliyi, şəbəkənin imkanlarını artırmaqla yanaşı, bir çox səviyyələrdən istifadə edildiyinə görə işləmə tempini də azaldır və nəticədə daha yavaş işləyir.