IPv4 - İnternet protokolunun (IP) (wikipedia) dördüncü versiyasıdır. Bu protokol-saziş, razlaşma hal hazırda əsas versiyasıdır və İnternetin əksəriyyətinə xidmət edir. IPv4 protokolu kompüter şəbəkələrinin işləməsi qaydalarını paket mübadiləsi prinsipi ilə müəyyən edir. Bu, IP ünvanlarına əsaslanan şəbəkə qovşaqları arasında əlaqələrin qurulmasından cavabdeh olan aşağı səviyyəli bir protokoldur.
IP ünvanı(Internet Protocol Address -IP address)(wikipedia) - IPv4 protokoluna əsasən, qovşaqların şəbəkədəki ünvanların uzunluğu 32 bitdir, bu da ümumi olaraq 2^32 = 4 294 967 296 ünvan deməkdir. Lakin bütün ünvanlar qlobal İnternet şəbəkəsində istifadə olunmur, bəzi ünvanlar xüsusi ehtiyaclar üçün ayrılır, məsələn, yerli şəbəkələrin təşkili üçün, virtual şəbəkə interfeysləri üçün, test məqsədləri üçün istifadə olunur, xüsusi ünvanlar və s.
IPv4 ünvanları təqdimatda tipik olaraq "." (nöqtə) İlə ayrılan 0-dan 255-ə qədər dörd ədəd kimi yazılır. Minimum mümkün ünvan 0.0.0.0, maksimum isə 255.255.255.255 ola bilər. Kompüterdə 0 ilə 255 arasında olan rəqəm ifadəli saylarin qorunub saxlanması üçün 1 bayt və ya 8 bit yaddaş tutumu lazımdır, belə olduqda İP ünvan üçün yaddaş sahəsi 8 * 4 = 32 bit və ya 4 bayt olacaq.
IPv4 ünvanları ehtiyacdan asılı olaraq digər qayda da təqdim etmək mümkündür
Tutaq ki, ünvan 123.45.67.89 -dir:
Birinci nöqtə ilə ayrılan ünvan:
Onluq: 123.45.67.89
İkili : 01111011.00101101.01000011.01011001
Onaltılıq: 0x7B.0x2D.0x43.0x59
Səkkizlik: 0173.0055.0103.0131
Nöqtəsiz ünvan:
Onluq: 2066563929
İkili : 01111011001011010100001101011001
Onaltılıq: 0x7B2D4359
səkkizlik: 017355103131
Sinifsiz ünvanlama (CIDR)
Əvvəllər IP şəbəkələrində ünvanlama sinif prinsipinə əsasən həyata keçirilirdi. Lakin, bu sxem qeyri praktik olduğundan, hazlrda İnternetdə sinifsiz ünvanlamdan, Inter-Domain Routing (CIDR) kimi tanınan sinifsiz ünvanlardan istifadə edilir.
Bütövlükdə, CIDR İnternet alt şəbəkələri üçün IP ünvanların bloklarını təsvir etməyə imkan verir. Standart olaraq IP ünvanın CIDR yazılışı, IP ünvan və "/" simvolundan və alt şəbəkənin uzunluğunun Bit-lə ifadəsi, məsələn, 12.13.14.0/24
Bu halda 24 sayı(ədədi), alt şəbəkədə maskada olan böyük Bit-lərin sayını ifadə edir. Bilirik ki, IP ünvan 32 bitdən ibarətdir, və alt şəbəkənin maskası 24 -ə bərabərdir. Yəni şəbəkədə olan bütün digər ünvanlar üçün 32 - 24 = 8 bit qalır ki, bu da 2^8 = 256 ünvan deməkdir. Əgər maskamız 23 bit olsa, 32 - 23 = 9 bit, o da 2^9 = 512 ünvan edər, əksinə maska 25 bit olarsa, 2^32-25 = 2^7 = 128 mümkün ünvanlar olacaq.
Beləliklə, böyük bir şəbəkə bir neçə alt şəbəkəyə bölünür, onlar da öz növbəsində işçi ünvanlara ayrılır.
Qeyd etmək lazımdır ki, bir alt şəbəkədə mümkün olan qovşaqların sayı (hostlar) həmişə bütün ünvanlardan 2 say az olmalıdır. Bunun birincisi ilk ünvandır ki, şəbəkə identifikatoru olaraq rezervləşdirilir( qorunur) və sonuncu isə geniş yayımlama üçün nəzərdə tutulur.
Bundan başqa xüsusi ayrılmış IPv4 ünvanları da mövcuddur:
0.0.0.0/8 Mövcud şəbəkənin mənbə ünvanı RFC 5735
10.0.0.0/8 Şəxsi şəbəkələrin təşkili üçün RFC 1918
100.64.0.0/10 Şəbəkə provayderində istifadə etmək üçün RFC 6598
127.0.0.0/8 Daxilində Host Kommutasiya İnterfeysi RFC 5735
169.254.0.0/16 Avtomatik konfiqurasiya üçün (məsələn, DHCP olmadıqda) RFC 3927
172.16.0.0/12 Şəxsi şəbəkələrin təşkili üçün RFC 1918
192.0.0.0/24 Xüsusi məqsədlər üçün (IETF tərəfindən qorunur) RFC 5735
192.0.2.0/24 Test Şəbəkəsi 1, sənədlərdə nümunə olaraq istifadə üçün RFC 5735
192.88.99.0/24 IPv6-dan IPv4-ə qədər yayımlar üçün RFC 3068
192.168.0.0/16 Şəxsi şəbəkələrin təşkili üçün RFC 1918
198.18.0.0/15 Performansı test etmək üçün RFC 2544
198.51.100.0/24 Test Şəbəkəsi 2, sənədlərdə nümunə olaraq istifadə üçün RFC 5737
203.0.113.0/24 Test Ağı 3, sənədlərdə nümunə olaraq istifadə üçün RFC 5737
224.0.0.0/4 Multicast üçün RFC 5771
240.0.0.0/4 Mümkün gələcək ehtiyaclar üçün qorunur. RFC 1700
255.255.255.255 Broadcast ünvanı RFC 919
Göründüyü kimi, bütün IPv4 ünvan məkanından bəzi ünvanlar xüsusi ehtiyaclar üçün istifadə edilir və real şəbəkə qovşaqlarının ehtiyacları üçün daha az ünvanlar qalır. Bindan başqa IPv4 ünvan sahəsi demək olar ki, tamamilə tükənmişdir.
Bu isə yeni IPv6 protokoluna keçid etməyin vacib olduğuna bir daha sübutdur.