Indi biz Windows 10 ƏS kompüterə quraşdırılması və idarə olunmasını nəzərdən keçirəcəyik. Bunun üçün bizə daxilində Windows 10 -un quraşdırma faylları olan USB fleşkası lazım olacaq. Fleşka olmasa Windows 10 -un DVD diski də kifayət edər. Lakin biz USB fleşka ilə Windows 10 -u quraşdırmağı nəzərdən keçirəcəyik.
Windows 10 ƏS-nin quraşdırma faylları olan fleşkanı kompüterin USB portuna qoşun və kompüterə "Perezaqruzka" verin. Əgər yukləmə siyahısında DVD və fleş qurğulardan yüklənmə nəzərdə tutulmayıbsa, onda BİOS(UEFİ) bölməsinə daxil olub fleşkadan yüklənmə rejımını seçin. Və ya Boot Menu-dan istifadə edib flaşkadan yükləməni həyata keçirin. Seçiminizi etdikdən sonra yuklənmə Windows 10 ƏS-nin quraşdırma faylları oln fleşkadan həyata keçiriləcək.
Distributivdən yuklənmə başlayan kimi ilk olaraq qara ekranda «Press any key to boot from CD ort DVD» yazısıni görəcəksiniz. Klaviaturadan istənilən düyməni sıxın və yuklənməni izləyin. Mən Rus dilində olan Windows 10 ƏS distributivi ilə quraşdırmanı sizə göstərəcəm. İngilis dilində olan olə Rus dilində olan quraşdırmada ancaq dil fərqləri var. DİQQƏT !!! Windows 10 ƏS-ni yenidən quraşdırarkən kompüterinizdə sizə lazım olan bütün fayllar silinəcək. Ona gorə də lazımlı fayllarınızı başqa bir flaşkaya yazıb saxlayın.
Birinci ekranda sizə dil seçimi, vaxt formatı seçimi və klaviatura üçün dil seçimi təklif ediləcək. Etirazınız yoxdursa Umumi seçimi dəyşdirməyin və Növbəti (Далее) düyməsini basın.
İkinci ekranda «Установить» düyməsini basın
Üçüncü ekranda sizə Windows 10 ƏS-nin aktivasiyasını həyata keçirmək təklif ediləcək. Əgər siz ayrıca özünüz üçün aktivasiya açarı almamısınızsa, onda pəncərənin aşağı sağ küncündə "Далее" düyməsinin solunda «У меня нет ключа продукта» yazısını sixin.
Dördüncü ekranda Windows 10 ƏS-nin redaksiyaları seçmək sizə təklif ediləcək. Seçiminizi edin və "Далее" düyməsini basın.
Beşinci ekranada sizə Windows 10 ƏS-nin lisenziyasını oxumaq və razı olacağınız təqdirdə şərtləri qəbul edib "Далее" düyməsini basın.
Növbəti ekranda bizə iki seçim təqdim olunacaq. Əgər Windows 10 ƏS-i kompüterinizdə quraşdırılıbsa siz birinci sətirdə olan "Обновление" yazılarını sixin. Yox əgər siz kompüterinizə yenidən Windows 10 ƏS-ni yazmaq istəyirsinizsə onda "Выборочная " sözü olan yazıları üzərinə siçan qurğusunun sol düyməsi ilə klik edin.
İndi də sizə Windows 10 ƏS-ni vintin hansı bölməsinə quraşdırmaq istədiyiniz soruşulacaq. Əgər sizin kompüterdə Windows-un başqa redaksiyası istıfadə olunubsa yaxşı olar ki, diskin bütün hissələrini bir-bir ləğv edib yeni hissə "yaradasınız" və həmən hissəyə Windows 10 ƏS-ni yazmaq üçün seçəsiniz. DİQQƏT edin. Kompüterinizdə sizə lazım olan bütün fayllar silinəcək. Ona gorə də lazımlı fayllarınızı başqa bir flaşkaya yazıb saxlayın. Seçim etdiyiniz diskin hissəsini klik edib "Далее" düyməsini basın.
Bu ekranda siz sadəcə nəzarət edəcəksiniz. Quraşdırma proqramı faylları fleşkadan diskə köçürüb Windows 10 ƏS-ni quraşdırmağa başlayacaq.
Quraşdırma proqramı "Perezaqruzka "edəcək , ekranı qaraldıb yeniləyəcək və s. Sadəcə dözmək və nəticəni gözləmək lazım gələcək Güclu və sürətli kompüterlərdə çox dözmək lazım gəlməyəcək
Novbəti mərhələlərdə şəbəkəyə qoşulmaq, reqionu seçmək, klaviaturanın dilini seçmək və s təklif ediləcək. Razılaşdıqlarınıza "Да"və ya "Принять", aydın olmayanlara isə "Пропустить", "Нет" və ya "Далее" düymələrini basmaqla cavab verin.
Nəhayət ekranda «Это может занять несколько минут» sözü görünəcək və bir neçə dəqiqədən sonra Windows 10-un raboçiy stolu sizə özünü təqdim edəcək. Salamat işlədin...