• Join Us on Google Plus!

Şəbəkələrin təşkili prinsipləri

 Kompüter şəbəkələri əsasında yaradılmış informasiya sistemləri verilənlərin qorunmasını, emalını, istifadəçilərin verilənlərə girişini, emal edilmiş nəticələrin istifadəçilərə çatdırılmasını,
əlavələrin və şəbəkə resurslarının istifadəsini təmin edir.
Şəbəkələrin təşkilində məqsəd müxtəlif növ informasiyaları istifadəçilərin məkanlarından asılı olmayaraq onlara çatdırmaqdı. Lokal (yerli)  kompüter şəbəkəsi bir, iki və ya bir neçə təşkilat daxilində olan onlarla, yüzlərlə kompüterləin işçi qruplar halında birləşməsi üçün yaradılıb. Xüsusilə, təhsil müəssisələrində yerli kompüter şəbəkələri müxtəlif auditoriyaların kompüterlərini birləşdirərək istifadə olunmasına şərait yaradır.
Lokal şəbəkə təşkil etmək üçün, hər bir kompüter şəbəkə adapteri və ya şəbəkə kartına malik olmalıdır. Kompüterlərin fiziki qoşulması müxtəlif növ kabellərdən (koaksial, bükülü cüt, fiber optik kabel və s.) İstifadə etməklə həyata keçirilir
Lokal kompüter şəbəkələrinin əhəmiyyətli xüsusiyyəti, şəbəkə üzərindən məlumatların ötürülmə sürətiidir ki, bu da bir neçə faktordan asılıdır:
• şəbəkə adapterinin performansı, onun informasiyayı qəbul edib ötürmə qabiliyyəti;
• əlavə şəbəkə qurğularının texniki göstəriciləri: Bunlara aşağıdakıları göstərmək olar:
 -  Hub - kompüterləri şəbəkədə birləşdirən cihaz, qurğu;
 -  Repeater - çox uzun kabel vasitəsilə ötürülən siqnalların sönməsinin qarşısını almağa imkan verən cihaz;
 -  Router - böyük yerli şəbəkələrin bib-biriləri ilə əlaqəsini yaradan və onlar üçün xaricə çıxış səraiti ni tənzimləyən cihaz, qurğu;
• birləşdirici kabellərin keyfiyyəti;
• Lokal şəbəkə mürəkkəbliyi -bura kompüterlərin sayı, əlavə şəbəkə qurğuları, kabellərin uzunluğu daxildir.

Yerli  kompüter şəbəkəsi server və işçi stansiyaların toplusudur. Kompüter şəbəkələrində məlumatların işlənməsi adətən iki obyekt arasında aparılır, müştəri və server. Müştəri bir işçi stansiya və ya kompüter şəbəkəsinin istifadəçis ola biləri. Məlumatların emalı zamanı müştəri serverə çətin və kompleks prosedurları yerinə yetirmək, bir fayldan nələri isə oxumaq, məlumat bazasında məlumatları axtarmaq və s kimi sorğular göndərə bilər. Müştəri-server arxitekturası həm birrütbəli yerli şəbəkələrdə, həm də ierarxiya strukturu olan, yəni bu məqsədlər üçün xüsusi server ayrılmış şəbəkələrdə istifadə edilə bilər.

Şəbəkə prinsipləri
Yerli şəbəkəyə qoşulan kompüterlərin qarşılıqlı əlaqə texnologiyası, şəbəkə strukturunun təşkili prinsipinə görə, yəni, birrütbəli və ierarxik şəbəkələrə görə fərqlənə bilər.
Birrütbəli şəbəkə elə bir şəbəkədir ki, bu şəbəkənin hər bir kompüteri (iş yerinin, işçi stansiyanin) eyni hüquqlara malikdir, yəni. bütün kompüterlərin hüquqlarıbib-birilərinə nisbətdə  bərabərdir. Birrütbəli şəbəkələrdə, müvafiq adları olan işçi qrupların da əlavə olaraq yaratmaq mümkündür.
Belə bir şəbəkədə kompüterlərin bərabər hüquqlarının olması o deməkdir ki, şəbəkəyə çıxışı olan hər bir kompüterin istifadəçisi kompüterdə olan resursları və məlumatları müstəqil idarə edə bilər.
Hər hansı bir kompüterin resurslarından və məlumatlarından istifadə etmək hüququ o deməkdir ki, eyni işçi qrupda olan bütün istifadəçilər eyni hüquqla bütün resurslarından və məlumatlarından eyni qaydada yararlana bilərlər.

Həmçinin resursa və məlumatlara giriş şifrəsi və  giriş hüququ da təyin edə bilərsiniz. Bu baxımdan, hər bir kompüter istifadəçisi müəyyən bir resurs və iş yerinin bütövlükdə təhlükəsizliyinə və düzgün istifadəsinə gorə məsuliyyət daşıyır. Lokal şəbəkədə yerləşən, lakin bu istifadəçi qrupuna aid olmayan bir kompüter istifadəçisi bu qrupua aid paylaşılan resursdan istifadə edə bilməz.

Birrütbəli lokal şəbəkədə "istifadəçi" anlayışı, "qrupun kompüteri", "iş yeri" və ya "İşçi stansiya" anlamları ilə eynidir. Bu tip şəbəkədə hər bir istifadəçi öz resurslarını digər istifadəçilərə təqdim edə bilər və ya digər kompüterlərin resurslarını istifadə edə bilər. Bu prinsipdə təşkil olunan lokal şəbəkələr adətən kiçik təşkilatlarda istifadə edilir. Belə şəbəkələr 10-15-dən çox olmayan kompüterlərdən ibarət olur.

Birrütbəli şəbəkələrin üstünlükləri də mövcuddur:
• yüksək etibarlılıq;
• istifadəsinin asan olması və sadə idarə olunması;
• sərfiyyatın aşağı qiymətdə olması.

Birrütbəli şəbəkəsinin çatışmamazlıqları:
• əməliyyatların səmərəliliyi şəbəkə stansiyalarının və əlavə şəbəkə qurğularının sayından asılıdır;
• informasiya təhlükəsizliyinin təmin edilməsinin çətinliyi;
• proqram təminatının yenilənməsi və ya dəyişdirilməsi ilə bağlı çətinliklər.

İyerarxiya - bütöv bir sistemin hissələrinin, elementlərinin , təşkiledicilərinin, işçi stansiyaların, kompüterlərin,  aşağıdan yuxarıya tabeçilik əlaqəsi əsasında düzümü, yerləşməsi kimi başa düşülür.

 İyerarxik şəbəkə elə şəbəkələrə deyilir ki, bu şəbəkədə kompyuterlərdən biri ayrılmış server rolunu oynamaqla verilənlərin qorunma funksiyasını həyata keçirir, mənsub olduğu lokal şəbəkənin digər kompüterlərinə qorunan verilənlərdən istifadə etməyə imkan yaradır və lokal şəbəkəyə mənsub kompüterlərin biri-birləri arasında qarşılıqlı əlaqənin yaradılmasına köməklik göstərir.

Bir iyerarxik şəbəkənin yaradılması və istismarı müvafiq bilik və təcrübə tələb edir. Bu iş xsusi bacarıq və hazırlığı olan sistem administratoru adlanan mütəxəssis tərəfindən həyata keçirilir. İyerarxik şəbəkə davamlı idarəetməni tələb edir. Belə ki, birrütbəli lokal şəbəkədən fərqli olaraq resurslardan tam istifadə etmək istifadəçinin hüquqlarına uyğun olaraq həyata keçirilir.

Şəbəkə resurslarından tam istifadə üçün istifadəçilər administrator tərəfindən qeydiyyatdan keçməlidirlər. Bundan sonra onlara müvafiq olaraq müəyən giriş və resurslardan istifadə hüququ, o cümlədən qadğalar da təyin edilməlidir.Bu hüquqlara əsaslanaraq server konkret olaraq istifadəçiyə hansı resurslardan və verilənlərdən istifadə hüququnu təmin edəcək.
İyerarxik şəbəkəyə giriş, login və şifrəni daxil etdikdən sonra server tərəfindən identifikasiyası edilir və əgər yanlışlıq yoxdursa İstifadəçinin lokal kompüter şəbəkələrinə daxil olmasına icazə verilir.
Böyük məlumat bazası olan ayrılmış serverli şəbəkənin yaradılması, digər kompüterlərə olan texniki tələbləri azaldır ki, bu da şəbəkənin  bütün avadanlıqlarının alınmasına sərf olunacaq dəyərin azalmasına təsirini göstərir.

İyerarxik şəbəkənin üstünlükləri:
• etibarlı müdafiə sistemi;
• yüksək sürət;
• iş stansiyalarının sayına heç bir məhdudiyyətin olmaması.

İyerarxik şəbəkənin mənfi cəhətləri:
• yüksək qiymət, çünki xüsusi bir server üçün güclü bir kompüter almaq lazım gələcək və sistem administratorunun xidmətlərinə tələbin olması;
• birrütbəli şəbəkələrindən daha çox xidmətin tələb olunması.

Yuxarıda göstərilənləri nəzərə almaqla lokal şəbəkələrin növlərini birləşdirərək, daha mürəkkəb növlərin təşkil olunmasına və çevik şəbəkə fəaliyyətinin prinsiplərini əldə etmək olar. Yəni:
• birrütbəli və ierarxik şəbəkələri kombinə edərək, kompüterlərin həm birrütbəli həm də iyerarxik prinsiplərlə işləməsini təmin etmək olar;
• bir neçə xüsusi serverlə (fayl server, çap server, və s.) təhciz edilmiş iyerarxik şəbəkə yaratmaq;
• aşağı səviyyəli serverlərin daha yüksək səviyyəli serverə qoşulmaqla iyerarxik şəbəkə qurmaq.

Şəbəkələrin fəaliyyət göstərməsi, istifadəçiləri ümumi məlumat və şəbəkə resursları ilə təmin edilmələri üçün, şəbəkə əməliyyat sistemlərindən istifadə edilir.
Həmçinin bu sistemlər vasitəsilə şəbəkənin imkanlarından tam istifadə etməsi üçün şəbəkə proqramları və tətbiqlərini hazirlanır.

Şəbəkə əməliyyat sistemləri aşağıdakılara imkan verir:
• eyni şəbəkədə (iş qrupunda) olan hər hansı bir kompüterdən faylları kopyalamaq;
• eyni şəbəkədə olan başqa bir kompüterdə yerləşən verilənləri uzaqdan emal etmək (axtarış etmək, redaktə etmək, saxlamaq, silmək və s.);
• şəbəkə istənilən kompüterdə yerləşən məlumatların emal edilməsi üçün lazım olan proqramların uzaqdan işə salmaq;
• uzaqdan periferik avadanlıqlardan istifadə etmək (printer, skaner, məlumatların emalı üçün müxtəlif vasitələr).

Lokal kompüter şəbəkələrinin əlavə üstünlükləri ondan ibarətdir ki, məlumatların, verilənlərinemalında və işlənməsində yeni informasiya texnologiyalarından istifadə etmək imkanı yaradır. Bunları aşağıdakılar özündə əks etdirir:
• ümumi məlumatların mərkəzi kompüterdə saxlanılması, həmin məlumatların təkrarlanmaması və uyğunsuzluğunun qarşısını alır;
• Yüksək texniki xüsusiyyətlərə malik olan kompüterlərdə, dövri olaraq nüsxələrin yaradılması və arxivləşdirilməsi sayəsində məlumatların qorunub saxlanılması  etibarlılığı əldə edilir;
• zərərli proqramlardan qorunmaq üçün xsusi təhlükəsizlik sisteminin hazırlanması, istifadəçilər tərəfindən mənbəyi məlum olmayan tətbiq proqramlarının və tətbiqlərinin istifadə edilməsinin qarşısının alınmas;
• müəyyən proqramlardan istifadə etməklə, o cümlədən istifadəçilərin hüquqlarının bölünməsi nəticəsində, şəbəkədə istifadə olunan məlumatların yüksək məxfiliyi;
• şəbəkədə olan və müştəriyə(bank, ticarət müəssisələri, fondlar və s.) xidmət göstərən kompüterdən asılı olmayaraq məlumatların emal müstəqilliyi;
• böyük ölçüdə olan informasiyaların operativ mübadiləsi, şöbə və təşkilatların əməkdaşları arasında birgə layihələrin hazırlanması, və qənaət imkanı;
• maliyyə hesablamalarını sadələşdirmək və pul vəsaitlərinin dövriyyəsini sürətləndirmək üçün yeni növ xidmətlərin yaradılması.

Bu baxımdan lokal şəbəkələrin yaradılması və saxlanılması xərclərin bir neçə dəfə azalmasına və effektivliyin artmasına səbəb olur.