• Join Us on Google Plus!

Kompüterin daxili elemetlərin əsasları və işləmə prinsipləri

 Kompüterin daxili qurğuları o qurğular hesab edilir ki, onlar sistem blokun(korpusun daxilində) daxilində yerləşmiş olsunlar. Bu qurğular aşağıdakılardan ibarətdir:

1. Ana Plata (Motherboard - Mainboard)
2. Prosessor (central processing unit - CPU)
3. Operativ yaddaş (Random Access Memory - RAM)
4. Vinçester -HDD(bərk disk)
5. Videokarta (videoadapter)
6. Səs kartı
7. Şəbəkə kartı
8. Diskovod (CD-ROM, DVD-ROM, DVD-RW)
9. Kommunikasiya portları

Ana Plata - Bu kompüterin ən böyük və əsas platasıdır. Bu platanın maqistral şinləri vasitəsilə prosessor operativ yaddaşla birbaşa mübadilə edir. Bu şinlərə həmçinin digər daxili qurğular birləşirlər. Ana platanı isə çipset adlanan və mikrosxem yığınından, dəstindən təşkil olunan mikroprosessor idarə edir.



Prosessor - Mikroprosessor kompüterin əsas mikrosxemidir. Bütün hesablamalar mikroprosessor vasitəsilə həyata keçirilir. Prosessorun əsas göstəricisi onun takt tezliyidir. Tezliyi böyük olan mikroprosessorlar hesablamaları daha sürətlə həyata keçirir.


Operativ yaddaş - RAM adlanan bu qurğu informasiyanı yaddaş modullarında qoruyub saxlayır. Bu informasiya o kompüter söndürülənədək yaddaşda qala bilir. Kompüter sönəndən sonra isə həmən məlumatlar ləğv olunub itirlər.


HDD - Verilənlərin , məlumatların, proqramların və s. informasiyanın uzun müddət qorunub saxlanması üçün istifadə edilir. Kompüterin söndürüləndə belə HDD-də olan informasiya itmir. Biz özümüz həmən informasiyanı silib ləğv edənə qədər HDD-də həmən informasiya qorunub saxlanılır.


Videoadapter - informasiyanın görüntülənməsi üçün istifadə edilən qurğudur. O prosessor və ya RAM-dan daxil olan informasiyanı  görüntülənmək üçün monitora ötürür. Həmçinin idarəedici siqnallar da yaradır. Müasir videoadapterlərin özlərinin daxili prosessoru və RAM-ı vardır. Bu isə mürəkkəb görüntülərin hazırlanması zamanı prosessora düşən gücün azalmasına səbəb olur.


Səs adapteri - Müasir kompüterdə mürəkkəb musiqi, səs və danışıq siqnallarının emalinda istifadə edilir. Məqsəd həm prosesora düşən güc payını azaltmaq və keyfiyyətli səs sinallarını səsucaldıcıya ötürməkdir.


Şəbəkə kartı - Lokal şəbəkədə olan kompüterlərin eyni şəbəkədə bir biriləri ilə  əlaqələndirilməsi və digər şəbəkəərlə çıxışlarının təmn edilməsi üçün nəzərdə tutulub. Bura həmçinin internetə çıxış da daxil edilir.
Diskovod (CD-ROM, DVD-ROM, DVD-RW) - Kompakt disklərdə olan verilənlərin, müxtəlif informasiyanın oxunması. daşınması və s. üçün istifadə edilir. Həmçinin kompüterə əməliyyat sistemi yazılanda və müxtəlif proqramların kompüterə qurulması bu qurğular vasitəsilə də həyata keçirilə bilər.
Kommunikasiya portları - digər qurğularin kompüterə qoşulması üçün nəzərdə tutulan birləşmə keçididir. Bu portlar aşağıdakilardir:
VGA
COM
LPT
PS/2
USB2.0
USB3.0
DVİ
HDMİ
İEEE
Ethernet və s.
Bu portlara müvafiq olaraq monitor, klaviatura , siçan qurğusu, xarici yaddaş quğusu, printer -skaner və sş birləşir. Bu qurğular isə kompüterin idarə olunması və nəticələrin əldə edilməsi üçün istifadə edilir.